"İnterkabel" firması 25 ildən çoxdur ki, Azərbaycan Respublikasının elektrotexniki bazarında fəaliyyət göstərir. Artıq respublika satış bazarında özünü tanıdan, müxtəlif sahələr üçün kabel və məftil, transformator və elektrik məhsullarının topdan və pərakəndə satışında ixtisaslaşmış fəal inkişaf edən bir şirkətdir.

Öz anbar təsərrüfatlarımızın və geniş diler şəbəkəmizin olması, respublika daxilində fasiləsiz tədarüklər həyata keçirməyə imkan verir. Səmərəli lojistik, keyfiyyətə nəzarət, yalnız sertifikatlaşdırılmış məhsullarla işləmək şirkəti, istehlakçılar və müştərilər arasında hörmət və etibar qazanmasına imkan verir.

Tədarük etdiyimiz məhsullar tam sertifikatlaşdırılmışdır və mövcud GOST və beynəlxalq standartlara uyğundur.

Şirkət xidmətlərinin tam siyahısına aşağıdakılar daxildir:
- elektrik avadanlıqlarının satışı
- elektrik lövhələrinin projelənməsi, yığılması və quraşdırılması
- müxtəlif növ elektrik quraşdırma işləri


Lisenziyalar



Хотите приобрести по частной цене со скидкой ?

Отправьте ценовой запрос и получите специальное предложение в кратчайшие сроки.